Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
“Kocaelispor” doğma meydanda “Alanyaspor”la, “Trabzonspor” isə “Eyüpspor”la qarşılaşıb. Hər iki oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.
10-cu turun qalan görüşləri oktyabrın 26-da və 27-də keçiriləcək.
Türkiyə, Super Liqa
10-cu tur
24 oktyabr
Karagümrük – Kayserispor 2:2
Qollar: Larsson, 16-pen. A.R.Cankaya, 79 – Onuqxa, 68; 74.
25 oktyabr
Kocaelispor – Alanyaspor 2:0
Qollar: T.Bingöl, 62. S.Dursun, 88.
Trabzonspor – Eyüpspor 2:0
Qollar: F.Auqusto, 12. Ulai, 51.
26 oktyabr
15:30. Antalyaspor – Başakşəhər
18:00. Qalatasaray – Göztəpə
18:00. Gənclərbirliyi – Konyaspor
21:00. Kasımpaşa – Beşiktaş
27 oktyabr
21:00. Qaziantep – Fənərbağça
21:00. Samsunspor – Rizəspor

