AZ

Azərbaycan Yunanıstana təbii qaz ixracından qazancını 63 milyon dollar artırıb

Bakı. Trend:

Bu ilin yanvar–avqust aylarında Azərbaycandan Yunanıstana 318,9milyon ABŞ dolları dəyərində 599,2 milyon kubmetr (qaz halında)təbii qaz ixrac edilib.

Trend bubarədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə bugöstərici məbləğ ifadəsində 63,2 milyon dollar və ya 24,7% artıb,həcm baxımından isə 31,4 milyon kubmetr və ya 5% azalıb.

Müqayisə üçün bildirək ki, 2024-cü ilin yanvar–avqust aylarındaAzərbaycandan Yunanıstana 630,7 milyon kubmetr təbii qaz ixracolunmuşdu, bu ixracın ümumi dəyəri 255,6 milyon ABŞ dollarıidi.

Qeyd edək ki, cari ilin yanvar–avqust aylarında Azərbaycandanxaricə ümumilikdə 6 milyard ABŞ dolları dəyərində 16,5 milyardkubmetr təbii qaz ixrac edilib. Bu, ötən ilin eyni dövründəkigöstərici ilə müqayisədə dəyər ifadəsində 541,2 milyon ABŞ dollarıvə ya 9,9%, həcm baxımından isə 625,9 milyon kubmetr və ya 3,9%çoxdur.

Eyni zamanda bu ilin ilk 8 ayında Azərbaycana 36,3 milyon ABŞdolları dəyərində 233,3 milyon kubmetr təbii qaz idxal edilib. Buisə bir il əvvəlki göstərici ilə müqayisədə dəyər ifadəsində 38,8milyon ABŞ dolları və ya 2,1 dəfə, həcm baxımından isə 234,4 milyonkubmetr və yaxud 2 dəfə azdır.

Seçilən
37
10
az.trend.az

10Mənbələr