AZ

Azərbaycan səkkiz ayda İtaliyaya 3,1 milyard dollarlıq təbii qaz satıb

Bakı. Trend:

Bu ilin yanvar–avqust aylarında Azərbaycandan İtaliyaya 3,1milyard ABŞ dolları dəyərində 6,2 milyard kubmetr (qaz halında)təbii qaz ixrac edilib.

Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə bugöstərici məbləğ ifadəsində 495,6 milyon dollar və ya 18,8% artıb,həcm baxımından isə 405,7 milyon kubmetr və ya 6,1% azalıb.

Müqayisə bildirək ki, 2024-cü ilin yanvar–avqust aylarındaAzərbaycandan İtaliyaya 6,6 milyard kubmetr təbii qaz ixracolunmuşdu və bu ixracın ümumi dəyəri 2,6 milyard ABŞ dollarıidi.

Qeyd edək ki, cari ilin yanvar–avqust aylarında Azərbaycandanxaricə ümumilikdə 6 milyard ABŞ dolları dəyərində 16,5 milyardkubmetr təbii qaz ixrac edilib. Bu, ötən ilin eyni dövründəkigöstərici ilə müqayisədə dəyər ifadəsində 541,2 milyon ABŞ dollarıvə ya 9,9%, həcm baxımından isə 625,9 milyon kubmetr və ya 3,9%çoxdur.

Eyni zamanda bu ilin ilk 8 ayında Azərbaycana 36,3 milyon ABŞdolları dəyərində 233,3 milyon kubmetr təbii qaz idxal edilib. Buisə bir il əvvəlki göstərici ilə müqayisədə dəyər ifadəsində 38,8milyon ABŞ dolları və ya 2,1 dəfə, həcm baxımından isə 234,4 milyonkubmetr və yaxud 2 dəfə azdır.

Seçilən
26
10
az.trend.az

10Mənbələr