AZ

Gəncə sakini naməlum şəxs tərəfindən bıçaqlandı

Gəncə sakini kəsici alətdən xəsarət alıb.
 
Moderator.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
 
Belə ki, şəhər sakini 1997-ci il təvəllüdlü S. Əliyev qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
 
Dərhal o əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. 28 yaşlı həmin şəxsin hansı şəraitdə xəsarət alması məlum deyil.
 
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
 
Faktla bağlı araşdırma aparılır. (APA)
Seçilən
30
7
moderator.az

8Mənbələr