AZ

Gəncə sakini kəsici alətdən xəsarət alıb

Gəncə sakini kəsici alətdən xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 1997-ci il təvəllüdlü S. Əliyev qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal o əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. 28 yaşlı həmin şəxsin hansı şəraitdə xəsarət alması məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Seçilən
29
7
avtosfer.az

8Mənbələr