Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kristiano Ronaldo 950 qol vuran ilk futbolçu olub.
Sherg.az Report-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı çempionatının altıncı turunda səfərdə "Əl-Həzm"ə qarşı keçirilən oyunda fərqlənib.
Onun vurduğu qoldan sonra hesab "Əl-Nəsr"in xeyrinə 2:0 olub.
Ronaldodan sonra Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi gəlir - onun hesabında 891 qol var.
Qeyd edək ki, Ronaldonun 40 yaşı var. O, Çempionlar Liqasının beşqat qalibi, Avropa çempionu, Millətlər Liqasının ikiqat qalibi, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və klublararası dünya çempionatları tarixində ən yaxşı bombardirdir. Futbolçu 2022-ci ilin dekabrında "Əl-Nəsr"ə keçib. Karyerası ərzində o, Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İtaliyanın "Yuventus" və İspaniyanın "Real" klublarında da çıxış edib.