Azərbaycan Basketbol Liqasında (ABL) IV tura bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, A qrupunda "Şəki" NTD ilə qarşılaşacaq.
Şəki Olimpiya İdman Kompleksində baş tutacaq görüş saat 14:00-da başlayacaq.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" "Gəncə"ni (87:68), "Lənkəran" "Quba"nı (102:87), "Ordu" "Sumqayıt"ı (116:81), "Abşeron Lions" "Neftçi"ni (100:95), "Naxçıvan" "Sərhədçi"ni (76:69) məğlub edib.