Azərbaycan Basketbol Liqasında (ABL) IV tura yekun vurulub.
Offsideplus.az xəbər verir ki, qapanış matçında "Şəki" NTD-ni qəbul edib.
Görüş ev sahiblərinin qələbəsi ilə başa çatıb - 88:81.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" "Gəncə"ni (87:68), "Lənkəran" "Quba"nı (102:87), "Ordu" "Sumqayıt"ı (116:81), "Abşeron Lions" "Neftçi"ni (100:95), "Naxçıvan" "Sərhədçi"ni (76:69) məğlub edib.