AZ

Premyer Liqa: Abubakar qolla başladı, “Neftçi” qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Qəbələdə baş tutub.

“Qəbələ” doğma meydanda “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirib. Qəbələ şəhər stadionunda baş tutmuş qarşılaşmanı FİFA referisi Əliyar Ağayev idarə edib. Paytaxt təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib. “Ağ-qaralar”ın yeni transferi Vensan Abubakar debüt etdiyi bu matçda komandasının qələbəsinə 1 qol və 1 məhsuldar ötürmə ilə yardım edib.

Turun qapanış matçında isə son çempion “Qarabağ” “Şamaxı” ilə münasibətlərinə aydınlıq gətirəcək. Daha öncə keçirilmiş oyunlarda “Karvan” “Turan Tovuz”a (1:2), “Kəpəz” “İmişli”yə (0:3), “Sumqayıt” “Zirə”yə (0:1) uduzub. “Araz-Naxçıvan” – “Sabah” görüşündə isə qalib müəyyənləşməyib – 2:2.

Premyer Liqa
9-cu tur

26 oktyabr

“Qəbələ” – “Neftçi” 0:2
Qollar: İfeanyi Metyu, 71. Vensan Abubakar, 81.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Qəbələ şəhər stadionu, 16:00.

Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Lua, 42. Jondo Fuxs, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 7. Rüfət Əhmədov, 66. Nuğay Rəşidov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 3. Eduardo Kunde, 70. Paulo Kimbila, 30. Prins Ovusu.
Baş məşqçi: Kaxaber Sxadadze.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 4. Elvin Camalov, 15. Elvin Bədəlov, 14. Edvin Kuç, 77. Falaye Sako, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 9. Bassala Sambu, 11. İmad Faraj, 10. Freddi Varqas.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 45. Vensan Abubakar, 6. Sessi D Almeyda, 18. İfeanyi Metyu, 27. Kristian Kostin, 22. Luis Ortis, 28. Alessio Kurçi.
Baş məşqçi: Samir Abasov.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
7
13
arena.az

10Mənbələr