AZ

Premyer Liqa: “Qarabağ” “Şamaxı” ilə bacarmadı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun qapanış matçında son çempion “Qarabağ” “Şamaxı” ilə münasibətlərinə aydınlıq gətirib.

“Azərsun Arena”da təşkil edilmiş qarşılaşmanın baş hakimi Tural Qurbanov olub. Bu oyunda qapılara qol vurulmayıb.

Premyer Liqa
9-cu tur

26 oktyabr

“Qarabağ” – “Şamaxı” 0:0
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Emin Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Azərsun Arena”, 18:30.

Qarabağ: 1. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 7. Nəriman Axundzadə, 8. Marko Yankoviç, 3. Sami Mmae, 18. Dani Bolt, 15. Leandro Andrade, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 20. Kadi Borges, 2. Mateus Silva, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Baş məşqçi: Qurban Qurbanov.

Şamaxı: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 5. Arsen Ağcabəyov, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 90. Davud Mənsumov, 6. Antonio Lara.
Baş məşqçi: Ayxan Abbasov.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
14
18
arena.az

10Mənbələr