AZ

Super Liqa: “Beşiktaş” xal itirdi, “Qalatasaray” sevindi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

“Antalyaspor” evdə “Başakşəhər”ə, “Gənclərbirliyi” isə “Konyaspor”a məğlub olub. Lider “Qalatasaray” bu dəfə “Göztəpə” ilə ev oyunundan əzmkar qələbə ilə ayrılıb. “Kasımpaşa” – “Beşiktaş” matçında isə qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

10-cu turun qalan görüşləri oktyabrın 27-də keçiriləcək.

Türkiyə, Super Liqa
10-cu tur

24 oktyabr

Karagümrük – Kayserispor 2:2
Qollar: Larsson, 16-pen. A.R.Cankaya, 79 – Onuqxa, 68; 74.

25 oktyabr

Kocaelispor – Alanyaspor 2:0
Qollar: T.Bingöl, 62. S.Dursun, 88.

Trabzonspor – Eyüpspor 2:0
Qollar: F.Auqusto, 12. Ulai, 51.

26 oktyabr

Antalyaspor – Başakşəhər 0:4
Qollar: Şomurodov, 22; 88. Da Kosta, 45+4; 53.

Qalatasaray – Göztəpə 3:1
Qollar: Osimhen, 19. Q.Sara, 63. İkardi, 66 – E.Bekiroğlu, 6.

Gənclərbirliyi – Konyaspor 1:2
Qollar: O.Ülgün, 28 – U.Nayir, 45+2. Bardi, 49.

Kasımpaşa – Beşiktaş 1:1
Qollar: Vink, 33 – C.Ündər, 5.

27 oktyabr

21:00. Qaziantep – Fənərbağça
21:00. Samsunspor – Rizəspor

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
18
13
arena.az

10Mənbələr