AZ

Mahir Emreli sabiq komandası ilə oyunu da buraxdı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçunun komandası Almaniya 2-ci Bundesliqasının 2025/2026-cı illər mövsümünün 10-cu turu çərçivəsində “Nürnberq”lə qarşılaşıb.

Doğma meydanda baş tutmuş oyunda “Kayzerslautern” xal itirib – 1:1. Mahir bu oyunun iştirakçısı olmayıb. Onun adı görüşün iştirak ərizəsinə də salınmayıb.

Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə bu yay 3 illik müqavilə bağlayıb. O, yeni komandasında 10 nömrəli formanı geyinir. Azərbaycanlı futbolçu bu komandanın heyətində 4 oyuna çıxıb, 1 qola imza atıb. Lakin son oyunlarda millimizin üzvü forma şansı qazanmır. Buna onun baş məşqçi ilə probleminin yaranması səbəb göstərilir.

10 turdan sonra 19 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 10 oyunda 6 qələbə qazanıb, 1 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.

Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
11
8
arena.az

10Mənbələr