AZ

Premyer Liqa: MS uduzdu, “Arsenal” tək qolla qalib gəldi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Vulverhempton” – “Börnli” matçında qonaqlar qələbə qazanıblar. “Bornmut” “Nottingem Forest”i 2 cavabsız qolla yenibsə, “Tottenhem” “Everton”u səfərdə 3 qolla yenib. Londonun digər təmsilçisi “Arsenal” “Kristal Pelas”la ev oyununda qələbəni tək qolla təmin edib. “Aston Villa”nın qonağı olan “Mançester Siti” isə turu xalsız başa vurub.

Beləliklə, geridə qalmış 9 turdan sonra “Arsenal” 22 xalla vahid liderdir. “Bornmut” 18 xalla ikinci pillədə qərarlaşıb. “Tottenhem” və “Sanderlend”in 17, “Mançester Siti” və “Mançester Yunayted”in 16, “Liverpul” və “Aston Villa”nın 15 xalı var.

İngiltərə, Premyer Liqa
9-cu tur

24 oktyabr

Lids – Vest Hem 2:1
Qollar: Aaronson, 3. Rodon, 15 – M.Fernandes, 90.

25 oktyabr

Çelsi – Sanderlend 1:2
Qollar: Qarnaço, 4 – İsidor, 22. Talbi, 90+3.

Nyukasl – Fulhem 2:1
Qollar: Mörfi, 18. B.Gimaraynş, 90 – Lukiç, 56.

Mançester Yunayted – Brayton 4:2
Qollar: Kunya, 23. Kazemiro, 34. Mbeumo, 61; 90+6 – Uelbek, 74. Kostulas, 90+2.

Brentford – Liverpul 3:2
Qollar: Uattara, 5. Şade, 45. Tyaqo, 60-pen – M.Kerkez, 45+5. Salah, 89.

26 oktyabr

Arsenal – Kristal Pelas 1:0
Qol: Eze, 39.

Aston Villa – Mançester Siti 1:0
Qol: Keş, 19.

Bornmut – Nottingem Forest 2:0
Qollar: Tavernye, 25. Krupi, 40.

Vulverhempton – Börnli 2:3
Qollar: Larsen, 42-pen. Munetsi, 45+4 – Flemminq, 14; 30. Foster, 90+5.

Everton – Tottenhem 0:3
Qollar: Van de Ven, 19; 45+6. Sarr, 89.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
11
13
arena.az

10Mənbələr