Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 8-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Bayer” doğma meydanda “Frayburq”a 2 cavabsız qolla qalib gəlib. “Ştutqart” isə “Maynts”ı məğlub yola salıb.
Beləliklə, geridə qalmış 8 turdan sonra itkisiz irəliləyən lider “Bayern”in 24 xalı var. “Leypsiq” 19 xalla ikinci, “Ştutqart” 18 xalla üçüncüdür. Dortmund “Borussiya”sı ilə “Bayer”in 17, “Ayntraxt” və “Hoffenhaym”ın 13 xalı var.
Almaniya, Bundesliqa
8-ci tur
24 oktyabr
Verder – Union Berlin 1:0
Qol: Qrüll, 72.
25 oktyabr
Auqsburq – Leypsiq 0:6
Qollar: Diomande, 10. R.Kardozo, 18. Nusa, 22. Baumqartner, 38. Uedraoqo, 56. Lukeba, 65.
Borussiya (Mönhenqladbax) – Bayern 0:3
Qollar: Kimmix, 64. R.Gerrero, 69. L.Karl, 81.
Ayntraxt – Sankt Pauli 2:0
Qollar: Burkardt, 36; 56.
Hamburq – Volfsburq 0:1
Qol: Daqim, 15.
Hoffenhaym – Haydenhaym 3:1
Qollar: Asllani, 18. Lemperle, 45+2. Kramariç, 63 – Şimmer, 75.
Borussiya (Dortmund) – Köln 1:0
Qol: Bayer, 90+6.
26 oktyabr
Bayer – Frayburq 2:0
Qollar: Poku, 22. Tapsoba, 52.
Ştutqart – Maynts 2:1
Qollar: Fuhrix, 45+4. Undav, 80 – Amiri, 41-pen.

