AZ

Xaçmazda avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO

Xaçmazda avtoxuliqanlıq edən sürücü həbs edilib.

DİN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən "VAZ-21099" markalı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kənan Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K.Nəbiyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.

Xaçmazda
Seçilən
11
13
apa.az

10Mənbələr