AZ

Xaçmazda avtoxuliqanlıq edən sürücü həbs edildi


Xaçmaz rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən "VAZ-21099" markalı 10-FB-299 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kənan Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə K.Nəbiyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.

ZÜMRÜD

Seçilən
7
13
baki-xeber.com

10Mənbələr