AZ

Göygöldə silahlı şəxslər fermadan oğurluq etdilər - Fotolar

Göygöldə fermadan oğurluq hadisəsi baş verib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, rayonun Hacıməlik qəsəbəsi yaxınlığında yerləşən “Muraz” kəndli fermer təsərrüfatına gecə saat 02:20-də gələn maskalı şəxslər 62 baş xırdabuynuzlu heyvanı – ana qoyunları oğurlayaraq naməlum istiqamətə aparıblar.

Təsərrüfat sahibi Mahir Tağıyevin sözlərinə görə, oğurluq hadisəsi təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Məsələ ilə əlaqədar Göygöl RPŞ-yə müraciət edilib. Polis hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Seçilən
13
5
publika.az

8Mənbələr