AZ

Göygöldə fermaya silahlı basqın oldu FOTO

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Göygöldə silahlı şəxslər fermadan oğurluq edib.Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Hacıməlik qəsəbəsi yaxınlığında yerləşən “Muraz” kəndli fermer təsərrüfatına gecə saat 02:20-də gələn maskalı şəxslər 62 baş xırdabuynuzlu heyvanı – sağmal ana qoyunları oğurlayaraq naməlum istiqamətə aparıb.

 

Təsərrüfat sahibi Mahir Tağıyevin sözlərinə görə oğurluq hadisəsi təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Məsələ ilə əlaqədar Göygöl RPŞ-yə müraciət edilib. Polis hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirir.Hazıra fermada anasız qalan 70-dək südəmər quzu təsərrüfatın işçiləri tərəfindən əllə yemlənir.

 

Ancaq təsərrüfat sahibinin sözlərinə görə, analarının tapılmayacağı təqdirdə quzuların sağ qalmaq ehtimalı yoxdur.

Faktla bağlı araşdırma aparılır.Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
5
bizim.media

8Mənbələr