AZ

Starmer: “ABŞ sanksiyalarından sonra Ukraynanın mövqeyi əvvəlkindən daha güclüdür”

Musavat.com xəbər verir ki, Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ-ın Rusiya neft sənayesinə qarşı tətbiq etdiyi sanksiyalardan sonra Ukraynanın vəziyyətinin əvvəlkindən daha əlverişli olduğunu bildirib.

Bloomberg-ə müsahibəsində Starmer deyib:

“Vəziyyət yaxşılaşıb. Ötən həftə həqiqətən də mühüm hadisələr baş verdi”.

Qeyd olunur ki, Böyük Britaniya 15 oktyabrda “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı sanksiya tətbiq edib, ABŞ isə 21 oktyabrda bu addımı atıb.

Baş nazirin sözlərinə görə, “ən mühüm hadisə” məhz sanksiyalar sahəsində görülən tədbirlər olub:

“Biz bütün böyük neft şirkətlərinə qarşı sanksiyalar tətbiq etdik, ardınca Prezident Donald Tramp iki ən iri şirkətə qarşı analoji addım atdı. Avropa İttifaqı isə öz növbəsində yeni paket təqdim etdi — və bütün bunlar bir neçə gün ərzində baş verdi. Bu, Rusiyanın iqtisadiyyatına dərin təsir göstərdi”. 

 

Musavat.com

Seçilən
58
6
musavat.com

7Mənbələr