AZ

“Arsenal”da CİDDİ İTKİ

İngiltərənin "Arsenal" klubunun heyətində ciddi itki baş verib.

Bizim.Media xəbər verir ki, London təmsilçisinin futbolçusu Qabriel Martinelli sıradan çıxıb.

Braziliyalı vinger Premyer Liqanın 9-cu turunun "Kristal Pelas"la matçında (1:0) qasıq nahiyəsindən zədə alıb. 24 yaşlı ön xətt oyunçusu təxminən 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
 

Qeyd edək ki, "Arsenal" Qabriel Martinellini 2019-cu ilin yayında ölkəsinin "İtuana" klubundan transfer edib.


Braziliya millisinin üzvü bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 12 rəsmi maatçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
77
2
bizim.media

3Mənbələr