İngiltərənin "Arsenal" klubunun heyətində ciddi itki baş verib.
Paralel.az xəbər verir ki , London təmsilçisinin futbolçusu Qabriel Martinelli sıradan çıxıb.
Braziliyalı vinger Premyer Liqanın 9-cu turunun "Kristal Pelas"la matçında (1:0) qasıq nahiyəsindən zədə alıb. 24 yaşlı ön xətt oyunçusu təxminən 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
 
Qeyd edək ki, "Arsenal" Qabriel Martinellini 2019-cu ilin yayında ölkəsinin "İtuana" klubundan transfer edib.
Braziliya millisinin üzvü bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 12 rəsmi maatçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
 
                        