AZ

Ermənistanın Bərdə şəhərində törətdiyi terrordan 5 il ötür

Bakı. Trend:

İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun ErmənistanSilahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruzqalmasından beş il ötür.

Trend xəbər verir ki, 2020-ci il oktyabrın28-də düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasındankənarda yerləşən Bərdə şəhərini raketlərlərlə atəşə tutub.

Ermənilər bu qanlı hücumu nəticəsində 21 nəfər şəhid olub, 70-əyaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Qeyd edək ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağmüharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda)Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriyahücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfəryaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə,nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Ümumilikdə, 2020-ci il 27 sentyabr tarixində başlayıb və 44 gündavam etmiş Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri vəqanunsuz silahlı birləşmələrinin mülki yaşayış məntəqələrini hədəfəalmaqla həyata keçirilmiş hərbi təcavüzü nəticəsində 93 nəfər mülkişəxs (o cümlədən 54 kişi, 27 qadın və 12 uşaq) həlak olmuş, 444nəfər (o cümlədən 268 kişi, 109 qadın və 67 uşaq) isə xəsarətalmışdır.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı Gəncədə mülkiəhaliyə qarşı törədilən bu terror əməllərinə görə ittiham olunan vəözünü Qarabağda separatçıların "prezidenti" adlandıran AraikArutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraqBakıya gətirilib.

Məqalədə:
Seçilən
6
5
az.trend.az

10Mənbələr