AZ

Yeni Klinikada 800 mindən çox topuq testi müayinəsi aparılıb - TƏBİB

Bakı. Trend:

2025-ci ilin ilk 9 ayı ərzində Yeni Klinikanın Daban testiotağında 847 644 topuq testi müayinəsi aparılıb.

Trendxəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, müayinələrdən keçən yeni doğulanların sayı 169529 olub və onlardan 114-nün cavabı pozitiv çıxıb.

Nəticələrlə bağlı yeni doğulanların valideynləri aidiyyəti üzrətibb müəssisəsilərinə dəvət olunub. Aşkar edilən xəstəliklərə uyğunolaraq onlara hansı ixtisaslı həkimə müraciət edilməsi barədəməlumatlar verilib, maarifləndirmə işi həyata keçirilib.

Məlumat üçün bildirək ki, TƏBİB tabeli tibb müəssisələrində olandoğum şöbələrində topuq testi üçün götürülən nümunələr laboratormüayinə üçün Yeni Klinikaya göndərilir. Burada olan xüsusilaboratoriyada “Guthrie kartları” adlandırılan xüsusi filtrkağızları üzərində 5 yerdə qeyd edilən qan nümunələrindəfenilketonuriya (amin turşularının metabolizminin pozulması),qalaktozemiya (bədəndə artıq qalaktoza şəkərinin yığılması), kistikfibroz (metabolizm prosesinin pozulması), adrenogenetal sindromu(böyrəküstü vəzilərin irsi xəstəliyi) və hipotireoz (qalxanabənzərvəzinin funksiyasının zəifləməsi) xəstəliklərinin izləri axtarılır.Bu prosesdə iştirak edən mütəxəsislər xüsusi təlimlərdən keçən vəixtisaslaşmış peşəkarlardır.

Topuq testi yenidoğulmuşların topuq nahiyəsindən qan nümunəsigötürülməklə həyata keçirilir. Qan nümunəsi vaxtında doğulan vəqidalanmağa başlayan uşaqlardan doğuşdan 2 gün sonra, vaxtından tezdoğulan uşaqlardan isə 1 həftə sonra götürülür.

Qeyd edək ki, topuq testi nümunələrinin götürülməsi, eləcə dəsözügedən xəstəliklərin müayinə və müalicəsi icbari tibbisığortanın Xidmətlər Zərfi çərçivəsində dövlət tibb müəssisələrindəhəyata keçirilir.

Məqalədə:
Seçilən
81
7
az.trend.az

9Mənbələr