AZ

Gəncədə ağır qəza - Ölən və yaralananlar var - Foto

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində “Fiat Doblo” və “Hyundai” markalı avtomobillər toqquşub.

Nəticədə “Fiat”da olan sərnişin hadisə yerində ölüb.

Daha 3 nəfər - Tahirə Kərimova (1962), Əli Nağızadə (2003), Əziz Verdiyev (1989) və Ramal Mehdiyev (1996) isə xəsarət alıb.

Hadisədə ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Seçilən
29
2
bakivaxti.az

3Mənbələr