Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində "Fiat Doblo" və "Hyundai" markalı avtomobillər toqquşub.
Nəticədə "Fiat"da olan sərnişin hadisə yerində ölüb. Daha 3 nəfər - Tahirə Kərimova (1962), Əli Nağızadə (2003), Əziz Verdiyev (1989) və Ramal Mehdiyev (1996) isə xəsarət alıb.
Qəzada vəfat edən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma başlanılıb.
 
                         
  
 