AZ

299 şirkətə rəhbərlik edən iş adamlarına hökm oxundu

Azərbaycanda 299 şirkətə rəhbərlik edən iş adamları Mehman Alməmmədov və onunla birlikdə ittiham olunan İlahim Mehralıyevin cinayət işi üzrə məhkəmədə hökm oxunub.

Aktual.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrlik etdiyi prosesdə əvvəlcə Mehman Alməmmədovun vəkili müdafiə çıxışı edib.

O, müvəkkilinə yüngül cəza verilməsini istəyib.

Qeyd edib ki, dəymiş ziyan tam ödənilib. Təqsləndirilən şəxslər son söz deyiblər, ədalətli qərar qəbul edilməsini istəyiblər.

Daha sonra hakimlər müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər heyəti hökmü elan ediblər.

Təqsirləndirilən şəxslərin əvvəlki cəkilməyən cəzaları hazırkı cəza ilə birləşdirməklə Mehman Alməmmədov 10 il 3 ay, İlahim Mehralıyev 14 il azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslərin hər birinin ittiham olunduğu Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) maddəsi ilə onlara bəraət verilib.

Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə məsuliyyətə cəlbetmə müddəti keçdiyi üçün cəza təyin edilməyib.

Əlavə cəza olaraq onların hər biri 3 il müddətinə müəyyən vəzifə tutmaqdan məhrum ediliblər. Cəzaların ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi barədə qərar qəbul olunub.

İttihama görə, Mehman Alməmmədov və İlahim Mehralıyev dövlət büdcəsindən tender yolları ilə ayrılan pulları öz şəxsi ehtiyaclarına xərcləyiblər.

İstintaqla Mehraliyev İlahim Ərəstun oğlu, Alməmmədov Mehman Allahverdi oğlu və şəxsiyyətləri istintaqla araşdırılan qeyrilərinin cinayət əlaqəsinə girərək 2017-2019-cu illər ərzində rəhbərlik etdikləri fəaliyyətsiz şirkətlərə dövlət müəssisələri tərəfindən satınalma təyinatı ilə köçürülmüş 1 milyon manatdan artıq pul vəsaitini qanuni görüntü yaratmaq üçün formal əqdlər bağlamaq yolu ilə mənimsəmələrinə, bununla da cinayət yolu ilə əldə etdikləri həmin pul vəsaitini leqallaşdırmalarına əsaslı şübhələr müəyyən edilib.

İstintaq sınşdələri ilə təqsirləndirilən şəxslər vəzifəli şəxslərlə əlbir olaraq tender yolları ilə dövlət büdcəsindən ayrılan pulları Türkiyədə fəaliyyət göstərən şirkətlərə köçürməklə külli miqdarda pullarını leqallaşdırıblar.

İlahim Mehralıyev və Mehman Alməmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Mehman Allahverdi oğlu Alməmmədov və İlahim Ərəstun oğlu Mehralıyev dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə ittiham olunurlar.

Xatırladaq ki, iş adamı Mehman Alməmmədov Gürcüstanın Marneuli rayonunda anadan olub. Azərbaycan vətəndaşı Mehman Alməmmədov vergi ödəyicisi kimi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmış Caspi LTD MMC, OCEAN-2017 MMC, Tersavuu MMC, Hentomm MMC, Uğur Servis-H MMC, Simus Trade MMC, Klassik Trade Group MMC, Artech MMC, 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış Firat Ticarət MMC, Malibu Finans MMC; 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış Volta-M MMC, Koressa MMC, Qrand Reklam MMC, Kvazi S MMC; 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış Grand Star MMC və Proqress-SV MMC-lərin faktiki rəhbəri olub.

Adıçəkilən sahibkarın digər şəxslərlə birgə rəhbərlik etdiyi 16 müəssisə üzrə aparılan cinayət işinin istintaqı zamanı xüsusilə külli miqdar təşkil edən vergilərin – 1 milyon 597,7 min manat vəsaitin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı məlum olub.

Əlavə edək ki, Mehman Alməmmədov bir neçə il əvvəl paytaxt ərazisində quldurluq cinayətinə məruz qalmışdı. Ona hücum edən şəxs 190 min manatını götürərək qaçmışdı.

Seçilən
14
18
ulusum.az

10Mənbələr