
Diqqətə çatdırılıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu gün həyat öz axarına qayıdır. Yaşayış məskənləri tikilib bərpa olunduqca keçmiş məcburi köçkünlər öz yurdlarına qaytarılır. İndiyədək 50 mindən çox keçmiş məcburi köçkün doğma torpaqlarına qayıdaraq, burada yaşayır, işləyir və təhsil alır.

Sonra Şuşaya gələn TBMM üzvünün şəhərlə tanışlığı Şəhər Meydanından başlayıb. Qonağa Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin burada qoyulmuş heykəllərinin işğal dövründə ermənilər tərəfindən güllələnməsi barədə məlumat verilib.

Sonra Hasan Turan Yuxarı Gövhərağa məscidi ilətanış olub, Şuşanın Qala divarlarını seyr edib, Cıdır düzünə qalxıb.

AzVision.az