Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a bildirilib ki, Xankəndi şəhərinə gələn Hasan Turan burada Zəfər meydanında və Qarabağ Universitetində olub.
O, Xankəndidə Azərbaycan dövləti tərəfindən həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə tanış olub, burada universitetin tələbələri ilə söhbət edib.
Diqqətə çatdırılıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu gün həyat öz axarına qayıdır. Yaşayış məskənləri tikilib bərpa olunduqca keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdırlar. İndiyədək 50 mindən çox keçmiş məcburi köçkün doğma torpaqlarına qayıdaraq, burada yaşayır, işləyir və təhsil alır.
Sonra Şuşaya gələn TBMM üzvünün şəhərlə tanışlığı Şəhər meydanından başlayıb. Qonağa Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin burada qoyulmuş heykəllərinin işğal dövründə ermənilər tərəfindən güllələnməsi barədə məlumat verilib.
10Mənbələr
-
azerbaijan-news.azTürkiyə Parlamentinin deputatı Xankəndi və Şuşa şəhərlərində olub ( 22876786)
-
xalqqazeti.azTBMM-in deputatı Xankəndi və Şuşa şəhərlərində olub ( 22874662)
-
demokrat.azTürkiyəli deputat Xankəndi və Şuşa şəhərlərində olub ( 22872745)
-
moderator.azTürkiyəli deputat Xankəndi və Şuşa şəhərlərində olub - FOTO ( 22872064)
-
azvision.azTBMM-in deputatı Xankəndi və Şuşa şəhərlərində olublar - FOTOLAR ( 22872043)
-
azertag.azTBMM-in deputatı Xankəndi və Şuşa şəhərlərində olublar ( 22870546)
-
newscenter.azTBMM-in deputatı Xankəndi və Şuşa şəhərlərində olub ( 22870492)
-
newscenter.azTBMM in deputatı Xankəndi və Şuşa şəhərlərində olub ( 22870495)
-
olaylar.azTBMM-in deputatı Xankəndi və Şuşa şəhərlərində olub ( 22870198)
-
teleqraf.comTBMM-in deputatıXankəndi və Şuşa şəhərlərində olublar ( 22869895)