AZ

"Araz-Naxçıvan" Rumıniya klubunu məyus edə biləcəkmi? - ÇL

Bu gün "Araz-Naxçıvan" futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Yevgeni Kukseviçin komandası 7-ci qrupda "Yunayted Qalati" (Rumıniya) ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22.00-da start götürəcək.

29 oktyabr
Araz-Naxçıvan – Yunayted Qalati (Rumıniya)

Hakimlər: ASLAN QALAYEV (Qazaxıstan), Valentin Kiuplea (Uels), İrmantas Kapraşovas (Litva)
Timekiper: Laurentiu Deakonu (Rumıniya)
Hakim-inspektor: Nebojsa Paniç (Serbiya)
UEFA nümayəndəsi: Miodraq Raduloviç (Monteneqro)
Sala Sporturilor Dunarea. Saat 22.00.

Qeyd edək ki, "Araz-Naxçıvan" sabah "Differdanje-03"lə, noyabrın 1-də isə "Tigers Roermond" ilə üz-üzə gələcək.

Seçilən
7
12
football-plus.az

10Mənbələr