AZ

"Araz-Naxçıvan" Lüksemburq klubu ilə heç-heçə etdi

style='margin-bottom:10px;'>

Bu gün "Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində 2-ci oyununu keçirib.

QOL.az xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Lüksemburq çempionu "Differdanje 03" ilə qarşılaşıb.

"Sala Sporturilor Dunarea"da oynanılan matç 2:2 hesabı ilə başa çatıb. Azərbaycan təmsilçisinin qollarını Can Perruzo (15) və Luici Lonqo (38) vurublar.

Qeyd edək ki, "Araz-Naxçıvan" ilk oyunda Rumıniyanın "Yunayted Qalati" klubuna qalib gəlib - 2:1. Təmsilçimiz sonuncu matçını noyabrın 1-də "Tigers Roermond"a (Niderland) qarşı keçirəcək.

 

Seçilən
14
1
teleqraf.com

10Mənbələr