AZ

Tramp Azərbaycan-Ermənistan arasında Vaşinqton razılaşmasından sonra Putinin zəngindən danışıb

ABŞ Prezidenti Donald Tramp Azərbaycanla Ermənistan arasında sülhə nail olduqdan sonra Rusiya lideri Vladimir Putinin ona zəng etdiyini bildirib.

Heftelik.az xəbər verir ki, bunu Tramp jurnalistlər üçün brifinqdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması haqda danışarkən deyib.

“Putin mənə zəng edib dedi ki, bu, heyrətamizdir. O, bu müharibəni dayandıra bilmədiklərini dedi”, – Tramp qeyd edib.

Azərbaycan və Ermənistan liderlərinin Ağ Evdəki görüşünü xatırladan Tramp məhz bundan sonra sülhə nail olunduğunu vurğulayıb: “Onlar (Azərbaycan və Ermənistan liderləri) Ağ Evdə bir araya gəldilər. Yavaş-yavaş bir-birlərinə yaxınlaşdılar və sülhə nail oldular”.

Seçilən
8
6
heftelik.az

7Mənbələr