AZ

Tramp Vaşinqton razılaşmasından sonra Putinin ona zəng vurduğunu bildirib: Dedi ki, bu, heyrətamizdir

ABŞ Prezidenti Donald Tramp Azərbaycanla Ermənistan arasında sülhə nail olduqdan sonra Rusiya lideri Vladimir Putinin ona zəng etdiyini bildirib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, bunu Tramp jurnalistlər üçün brifinqdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması haqda danışarkən deyib.

“Putin mənə zəng edib dedi ki, bu, heyrətamizdir. O, bu müharibəni dayandıra bilmədiklərini dedi”, – Tramp qeyd edib.

Azərbaycan və Ermənistan liderlərinin Ağ Evdəki görüşünü xatırladan Tramp məhz bundan sonra sülhə nail olunduğunu vurğulayıb: “Onlar (Azərbaycan və Ermənistan liderləri) Ağ Evdə bir araya gəldilər. Yavaş-yavaş bir-birlərinə yaxınlaşdılar və sülhə nail oldular”.

Seçilən
6
6
konkret.az

7Mənbələr