Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda çökən yeddimərtəbəli binanın dağıntıları altından bir azyaşlının cansız bədəni çıxarılıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər nazirinin müavini Mehmet Aktaş bildirib.
O, 375 nəfərdən ibarət qrupların axtarış-xilasetmə işlərini davam etdirdiyini, ehtiyat tədbiri olaraq ətrafdakı 9 binanın boşaldıldığını deyib.
Gebze Bələdiyyəsinin sədri Zinnur Böyükgöz isə açıqlamasında çökən binanın 2012-ci ildə tikinti, 2013-cü ildə isə istismar icazəsi aldığını qeyd edib.
13:53
Bu gün səhər saatlarında Türkiyənin Kocaeli vilayətinin Gebzə rayonunda yerləşən yeddimərtəbəli bina çöküb.
Xezerxeber.az xəbər verir ki, hazırda axtarış-xilasetmə işləri davam edir.
Binada beş nəfərdən ibarət bir ailənin yaşadığı bildirilir.
Hadisə ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Ali Yerlikaya axtarış işlərinə 147 xilasedicinin işçi cəlb olunduğunu deyib.
Binanın çökməsinin səbəbləri araşdırılır.