AZ

Türkiyədə çökən binadan bir nəfər sağ olaraq çıxarılıb- YENİLƏNİB

İstanbul, 29 oktyabr, Günel Karatepe, AZƏRTAC

Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda çökən yeddimərtəbəli binanın dağıntıları altından bir ailənin iki uşağının cansız bədəni çıxarılıb. Ailənin 18 yaşlı böyük qızını isə səkkiz saat davam edən axtarış-xilasetmə işlərindən sonra sağ çıxarmaq mümükün olub.

AZƏRTAC xəbər verir ki, hazırda ailə böyüklərinin dağıntıların altından çıxarılması istiqamətində işlər davam edir.

Axtarışlara 480-i mütəxəssis olmaqla, ümumilikdə 627 nəfərlik heyət cəlb edilib.

15:44

Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda çökən yeddimərtəbəli binanın dağıntıları altından bir azyaşlının cansız bədəni çıxarılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər nazirinin müavini Mehmet Aktaş bildirib.

O, 375 nəfərdən ibarət qrupların axtarış-xilasetmə işlərini davam etdirdiyini, ehtiyat tədbiri olaraq ətrafdakı 9 binanın boşaldıldığını deyib.

Gebze Bələdiyyəsinin sədri Zinnur Böyükgöz isə açıqlamasında çökən binanın 2012-ci ildə tikinti, 2013-cü ildə isə istismar icazəsi aldığını qeyd edib.

Seçilən
31
2
azertag.az

7Mənbələr