AZ

Cəbrayılda “Şəfəq” GES-ə çıxışı təmin edən avtomobil yolu salınır

Hacıqabul-Bəhrəmtəpə-Erministan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 197-ci kilometrindən Cəbrayıl rayonu ərazisində inşa olunan "Şəfəq" Günəş Elektrik Stansiyasına gedən avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir.

Trend-in Qarabağ bürosu xəbər verir ki, yolun ümumi uzunluğu 11,5 kilometrdir.

 

Bildirilir ki, iki hərəkət zolağından ibarət yolun eni 6 metrdir. Bu yolun inşası ötən ilin dekabrında Azərbaycan Prezidentinin imzaladığı Sərəncama əsasən həyata keçirilib.

Qeyd edək ki, yeni yolun istifadəyə verilməsi bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinə, əhalinin rahat gediş-gəlişinin təmin edilməsinə öz töhfəsini verəcək.

Seçilən
21
2
day.az

10Mənbələr