Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.
Bakının əsas prospektlərindən biri olan Heydər Əliyev prospektində yeraltı piyada keçidində eskalatorun işləməməsi sakinlərin narazılığına səbəb olub. Avtosfer.az xəbər verir ki, bununla bağlı Oxu.az-a müraciət ünvanlanıb.
Qeyd olunub ki, söhbət Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin yanında olan keçiddən gedir.
"İki ay yarım olar ki, bu keçiddə eskalator işləmir. Biz buradan keçəndə əzab-əziyyətlə bu pilləkənləri hər dəfə qalxmalı oluruq", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, hazırda yeraltı piyada keçidində fəaliyyət göstərməyən eskalatorun işinin bərpası istiqamətində zəruri tədbirlər görülür.
"Aparılmış texniki baxış nəticəsində nasazlığın aradan qaldırılması üçün xüsusi ehtiyat hissəsinin dəyişdirilməsinə ehtiyac olduğu müəyyən edilib.
Qeyd olunan ehtiyat hissəsi yerli bazarda mövcud olmadığından, istehsalçı şirkətin tələblərinə uyğun şəkildə xaricdən sifariş verilib. Hazırda ehtiyat hissəsinin ölkəyə gətirilməsi prosesi yekunlaşmaq üzrədir. Ehtiyat hissəsi gətirildikdən dərhal sonra eskalatorun işlək vəziyyətə gətirilməsi təmin ediləcək", - deyə A.Nəcəfli vurğulayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.