ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Noyabrın 5-dən etibarən Türkiyənin Trabzon və Rusiyanın Soçi şəhərləri arasında yük və sərnişin daşıyan bərə reysləri başlayacaq. Bizim.Media xəbər verir ki, “Seabridge” adlı bərə 450 sərnişin və 200-dən çox avtomobil daşımaq gücünə malikdir və həftədə iki dəfə — bazar ertəsi və cümə axşamı günləri hərəkət edəcək. Səyahət təxminən 12 saat çəkəcək, gəmidə qalmaq isə biletin qiymətinə daxildir.Əvvəlcə ilk reysin oktyabrın 29-da həyata keçirilməsi planlaşdırılmışdı, lakin 5–6 bal gücündə zəlzələ səbəbindən təxirə salınıb.Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.