AZ

Soçi və Trabzon arasında bərə əlaqəsi BƏRPA OLUNDU

Noyabrın 5-dən etibarən Türkiyənin Trabzon və Rusiyanın Soçi şəhərləri arasında yük və sərnişin daşıyan bərə reysləri başlayacaq. 

Paralel.az xəbər verir ki “Seabridge” adlı bərə 450 sərnişin və 200-dən çox avtomobil daşımaq gücünə malikdir və həftədə iki dəfə — bazar ertəsi və cümə axşamı günləri hərəkət edəcək. 

Səyahət təxminən 12 saat çəkəcək, gəmidə qalmaq isə biletin qiymətinə daxildir.

Əvvəlcə ilk reysin oktyabrın 29-da həyata keçirilməsi planlaşdırılmışdı, lakin 5–6 bal gücündə zəlzələ səbəbindən təxirə salınıb.

Seçilən
12
2
paralel.az

6Mənbələr