Moskvanın Vnukovo və Domodedovo hava limanlarında, eləcə də Volqoqrad, Kaluqa, Saratov və Yaroslavl hava limanlarında hava hərəkətinə məhdudiyyətlər tətbiq edilib.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin sözçüsü Artyom Korenyako bildirib.
Məhdudiyyətlərin uçuş təhlükəsizliyini təmin etmək üçün zəruri olduğu deyilir.