
Cənubi Koreyanın Busan şəhərindəki Cimhae aviabazasında Çin və ABŞ liderlərinin görüşü keçirilib.
Reyting.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Çin sədri Si Cinpini salamlayan ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Pekin və Vaşinqton artıq bir çox məsələlər üzrə razılığa gəliblər və sammitin gedişində bu işi davam etdirəcəklər.
“Prezident Si böyük ölkənin böyük lideridir. Əminəm ki, bizim uzun müddət gözəl əlaqələrimiz olacaq”,- Tramp deyib.
Si Cinpin öz növbəsində iki ölkənin uğur əldə etmək üçün bir-birini dəstəkləmək potensialına malik olduğunu vurğulayıb: “Çin və ABŞ birlikdə uğur və firavanlıq əldə etmək üçün bir-birinə kömək etmək iqtidarındadır”.
E. KAMAL