AZ

ABŞ və Çin liderləri görüşdü: Biz artıq bir çox məsələlərdə razılığa gəlmişik

Ağ Evin mətbuat xidməti Cənubi Koreyanın Pusan şəhərindəki Gimhe aviabazasında keçirilən sammitin açılışını yayımlayıb.

Publika.az xəbər verir ki, Amerika lideri Vaşinqton və Pekin arasında uzunmüddətli perspektivdə fantastik münasibətlərin olacağına inandığını bildirib.

"İnanıram ki, biz artıq bir çox məsələlərdə razılığa gəlmişik və indi daha bir çox məsələlərdə razılığa gələcəyik. Prezident Si Cinpin böyük bir ölkənin böyük lideridir", - Tramp deyib.

Qeyd edək ki, Si Cinpin də öz növbəsində Çin və ABŞ-nin əsas məsələlərin həllində konsensus əldə etdiyini söyləyib.

***

Seçilən
4
3
publika.az

8Mənbələr