
Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti, iqtisadiyyat naziri Mikayıl Cabbarov 23 yaşlı güləşçilər arasında keçirilən dünya çempionatında Azərbaycan idmançılarının uğuru ilə bağlı paylaşım edib.
Missiya.Az xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib:
"Komandamız Serbiyanın Novi Sad şəhərində keçirilən yarışda parlaq çıxış edərək 7 medal qazandı - 3 qızıl, 1 gümüş və 3 bürünc. Bu nəticə Azərbaycanın U23 dünya çempionatları tarixində ən yaxşı göstəricidir.
Dünya çempionları: Elmir Əliyev, Ziya Babaşov, Kənan Heybətov
Gümüş medal: Xetaq Karsanov
Bürünc medallar: Ruslan Nurullayev, Günay Qurbanova, Ali Tsokayev
İradə, intizam və xarakter nümayiş etdirərək bayrağımızı bir daha ucaldan güləşçilərimizlə qürur duyuruq! Bu möhtəşəm nailiyyət münasibətilə idmançılarımızı, onların məşqçilərini və valideynlərini ürəkdən təbrik edirik. Gələcək daha da parlaqdır - yeni qələbələr bizi gözləyir!"
U23 Dünya Çempionatında Azərbaycan güləşi üçün tarixi uğur! Komandamız Serbiyanın Novi Sad şəhərində keçirilən yarışda parlaq çıxış edərək 7 medal qazandı — 3 qızıl, 1 gümüş və 3 bürünc. Bu nəticə Azərbaycanın U23 Dünya Çempionatları tarixində ən yaxşı göstəricidir!🥇 Dünya… pic.twitter.com/DoX1e9yBD4
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 30, 2025
