AZ

"U-23 dünya çempionatı Azərbaycan güləşi üçün tarixi uğurla yadda qalıb"

"Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatı Azərbaycan güləşi üçün tarixi uğurla yadda qalıb."

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabındakı sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

"U-23 dünya çempionatında Azərbaycan güləşi üçün tarixi uğur! Komandamız Serbiyanın Novi Sad şəhərində keçirilən yarışda parlaq çıxış edərək 7 medal qazandı - 3 qızıl, 1 gümüş və 3 bürünc. Bu nəticə Azərbaycanın U-23 dünya çempionatları tarixində ən yaxşı göstəricidir! İradə, intizam və xarakter nümayiş etdirərək bayrağımızı bir daha ucaldan güləşçilərimizlə qürur duyuruq! Bu möhtəşəm nailiyyət münasibətilə idmançılarımızı, onların məşqçilərini və valideynlərini ürəkdən təbrik edirik. Gələcək daha da parlaqdır - yeni qələbələr bizi gözləyir".

Qeyd edək ki, Novi Sadda Elmir Əliyev (55 kq), Ziya Babaşov (63 kq) və Kənan Heybətov (70 kq) dünya çempionu olub. Xetaq Karsanov (125 kq) gümüş medal qazanıb. Ruslan Nurullayev (72 kq), Günay Qurbanova (59 kq) və Ali Tsokayev (86 kq) isə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Seçilən
18
4
90deqiqe.az

8Mənbələr