Missiya.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bu gün səhər saatlarında Pakistanın Xayber Paxtunxva əyalətində, Əfqanıstanla sərhəd bölgəsində baş verən silahlı toqquşmada biri zabit olmaqla 6 Pakistan əsgəri həlak olub.
Missiya.Az xəbər verir ki, hadisə “Təhrik-e-Taliban Pakistan” (TTP) qruplaşmasının üzvləri ilə təhlükəsizlik qüvvələri arasında baş verib.
Bildirilib ki, Pakistan ordusunun bölmələri qruplaşmanın Doqar bölgəsində olduğu barədə məlumat aldıqdan sonra əməliyyat keçirib. Əməliyyat zamanı baş verən atışmada qrupun yeddi silahlısı da məhv edilib.
Daşqın HəsənovMissiya.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
 
                        