AZ

Pakistan-Əfqanıstan sərhədində 10-a yaxın əsgər öldürülüb

Bu gün səhər saatlarında Pakistanın Hayber-Paxtunxva əyalətində, Əfqanıstanla sərhəd bölgədə baş verən silahlı toqquşmada biri zabit olmaqla altı Pakistan əsgəri həlak olub.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Qeyd olunub ki, hadisə "Təhrik-e-Taliban Pakistan" (TTP) qruplaşmasının üzvləri ilə təhlükəsizlik qüvvələri arasında baş verib.

Məlumata görə, Pakistan ordusunun bölmələri qruplaşmanın Doqar bölgəsində olduğu barədə məlumat aldıqdan sonra əməliyyat keçirib. Əməliyyat zamanı baş verən atışmada qrupun yeddi silahlısı da məhv edilib.
 
 
 

Seçilən
6
8
7news.az

10Mənbələr