AZ

Rusiyanın zərbələri nəticəsində Zaporojyedə xəsarət alanların sayı 15-ə çatıb - YENİLƏNİB

Rusiya ordusunun Zaporojyedəki yataqxanaya hava zərbələri nəticəsində xəsarət alanların sayı 15-ə çatıb, bir nəfərin isə dağıntılar altında qaldığı bildirilir.


APA xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.

***

09:48

Rusiya ordusunun Zaporojyedəki yataxanaya zərbəsi nəticəsində 6-sı uşaq olmaqla 11 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “UNIAN” Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorova istinadən məlumat yayıb.

“Yaralılar arasında altı uşaq var — üç qız və üç oğlan. Uşaqların yaşı 3 ilə 6 arasındadır. Hamısına zəruri tibbi yardım göstərilir,” – deyə o qeyd edib.

Bundan başqa, yaşayış binalarında bir neçə yanğın söndürülüb və zədələnmiş infrastruktur obyektlərində bərpa işlərinə başlanılıb.

Seçilən
4
10
apa.az

10Mənbələr