ain.az, Apa.az saytına istinadən bildirir.
Rusiya ordusunun Zaporojyedəki yataqxanaya hava zərbələri nəticəsində xəsarət alanların sayı 17-yə çatıb.APA Ukrayna mediasına istinadən xəbər verir ki, aviazərbələr nəticəsində bir nəfər isə ölüb.
***
11:48
Rusiya ordusunun Zaporojyedəki yataqxanaya hava zərbələri nəticəsində xəsarət alanların sayı 15-ə çatıb, bir nəfərin isə dağıntılar altında qaldığı bildirilir.
APA xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.
***
09:48
Rusiya ordusunun Zaporojyedəki yataxanaya zərbəsi nəticəsində 6-sı uşaq olmaqla 11 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə “UNIAN” Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorova istinadən məlumat yayıb.
“Yaralılar arasında altı uşaq var — üç qız və üç oğlan. Uşaqların yaşı 3 ilə 6 arasındadır. Hamısına zəruri tibbi yardım göstərilir,” – deyə o qeyd edib.
Bundan başqa, yaşayış binalarında bir neçə yanğın söndürülüb və zədələnmiş infrastruktur obyektlərində bərpa işlərinə başlanılıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.