Şuşa Dövlət Musiqili Dram Tearının direktoru Yadigar Muradov süni nəfəs aparatına qoşulub.
"Yeni Sabah" qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə teatrın direktor müavini Azad Məmmədov məlumat yayıb.
O, Yadigar Muradovun səhhətinin stabil olduğunu bildirib: Toyuqlu pizza
"Reanimasiyadadır, az-az hərəkət edir. Həkimlər çalışır. Əminik ki, aparılan müalicə effekt verəcək. Əsas odur ki, Yadigarın səhhəti qaydasına düşsün".
Yadigar Muradov bir neçə ildir xərçəng xəstəliyindən əziyyət çəkir. 2 dəfə əməliyyat keçirən Yadigar Muradovun səhhəti qəfildən pisləşib. Həkimlər müayinə zamanı onun qanına infeksiya keçdiyini müəyyən edib.
Hazırda aktyor Mərkəzi Klinik Xəstəxananın reanimasiya şəbəsində müalicə alır.
Telegram kanalımız
 
                        