AZ

Yadigar Muradov süni nəfəs aparatına qoşuldu

Şuşa Dövlət Musiqili Dram Tearının direktoru Yadigar Muradov süni nəfəs aparatına qoşulub.

KONKRET.az qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə teatrın direktor müavini Azad Məmmədov məlumat yayıb.

O, Yadigar Muradovun səhhətinin stabil olduğunu bildirib:

“Reanimasiyadadır, az-az hərəkət edir. Həkimlər çalışır. Əminik ki, aparılan müalicə effekt verəcək. Əsas odur ki, Yadigarın səhhəti qaydasına düşsün”.

Yadigar Muradov bir neçə ildir xərçəng xəstəliyindən əziyyət çəkir. 2 dəfə əməliyyat keçirən Yadigar Muradovun səhhəti qəfildən pisləşib. Həkimlər müayinə zamanı onun qanına infeksiya keçdiyini müəyyən edib.

Hazırda aktyor Mərkəzi Klinik Xəstəxananın reanimasiya şəbəsində müalicə alır.

Seçilən
16
16
konkret.az

10Mənbələr