AZ

Bakıda bu məktəbdə şagirdlər 1 aydır dərsə getmirlər - FOTOFAKT

Bakı məktəbində şagirdlərin bir aydan çox müddətdə dərsə getmədiyi məlum olub.

Ölkə.az xəbər verir ki, bu barədə məlumatı lent.az yayıb. Bildirilib ki, davamiyyətlə bağlı qeydlər məktəbin ənənəvi kağız jurnalında aparılıb.

Məlumata əsasən, sözügedən jurnal Yasamal rayonunda yerləşən Aytəkin Məmmədov adına 38 saylı tam orta məktəbə məxsusdur. Hərçənd jurnalda sinif səviyyəsi göstərilməsə də, "Coğrafiya" və "İnformatika" fənləri üzrə sentyabr-oktyabr aylarının davamiyyət qeydləri şagirdlərin 90 faizindən çoxunun bu müddət ərzində dərsə qatılmadığını göstərir.

Hazırda məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə sorğu göndərilib. İdarədən məsələyə münasibət bildirilməsi gözlənilir.

Seçilən
4
8
olke.az

10Mənbələr